Ukrayna kəşfiyyatçıları Krıma daxil olublar, xüsusi əməliyyat keçirilir.
Stopnarkotik.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov məlumat verib.
Onun sözlərinə görə, kəşfiyyatçılar Tarxankut burnunda keçirilməsi nəzərdə tutulan xüsusi əməliyyat çərçivəsində yarımadaya daxil olublar: “Artıq kəşfiyyatçılarımız bütün tapşırıqları yerinə yetiriblər. Düşmənin itkiləri barədə məlumat dəqiqləşdirilir”.
A.Yusov həmçinin əməliyyatın davam etdiyini vurğulayıb: "Ukrayna ordusunun şəxsi heyəti arasında itki yoxdur".