Ucarda qadının boğularaq öldürülməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 18-i saat 10:30 radələrində Ucar rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 2000-ci il təvəllüdlü Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Şəlalə Qurbanovanı naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faiq Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.
Fakta görə Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
***11:55
Ucarda qadını boğub öldürən şəs tutulub.
"Unikal" xəbər verir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu, 2000-ci il təvəllüdlü Qurbanov Faiq Bakı şəhərində saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***11:40
Avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar aparılır, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.