Təyyarə qəzasında ölən və yaralılarla bağlı məlumat üçün qaynar xətt açıldı

Qazaxıstan FHN AZAL təyyarə qəzasında xəsarət alanlar və həlak olanlar barədə məlumat əldə etmək üçün qaynar xətlər açıb.

Stopnarkotik.az-ın məlumatına görə, həlak olanların və xəsarət alanların yaxınları aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

87172-55-96-21

8-7292-31-90-91

Qeyd edək ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub.

İlkin məlumata görə, 25 nəfər sağ çıxıb.