Türkmənistan prezidenti Azərbaycan və Türkiyə ilə əməkdaşlıq sazişinin ratifikasiyası qanununu imzaladı

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Azərbaycan və Türkiyə ilə ticarət-iqtisadi əməkdaşlıq haqqında Sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Stopnarkotik.az xəbər verir ki, qanunun mətni bu gün rəsmi Türkmənistan mətbuatında dərc olunub.

Sənəd ötən ilin dekabrında Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə dövlət başçılarının üçtərəfli sammiti zamanı təklif edilib. Bu, üç dost ölkə arasında iqtisadi tərəfdaşlığın intensivləşdirilməsini nəzərdə tutur.

Bundan əvvəl xəbər verilmişdi ki, ölkə parlamenti qanun layihəsinin qəbuluna yekdilliklə səs verib.

Üçtərəfli saziş müxtəlif sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və ölkələrin əməkdaşlığı genişləndirmək üçün qarşılıqlı istəyini əks etdirir.

Stopnarkotik.az