Türkmənistan Azərbaycanı Şimal-Cənub layihəsindən sıxışdırmaq istəyir. Stopnarkotik.az xəbər verir ki, mayın 30-da Tehrana səfər edən Türkmənistan lideri Qurbanqulu Berdiməhəmmədovla İran prezidenti İbrahim Rəisi arasında danışıqların mövzularından biri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ITC) inkişafı olub.
“Vzqlyad Vostok”a açıqlamasında “TransAsia Logistics” şirkətinin inkişaf direktoru Arkadi İvanov bildirib ki, Türkmənistan lideri Azərbaycanla rəqabət yaradaraq, Mərkəzi Asiya və Rusiyadan malların tranzitini öz ərazisinə çəkmək istəyir.
“Şimal-Cənub dəhlizi vasitəsilə Türkmənistan indi Mərkəzi Asiyanın dünya bazarlarına çıxış qapısına çevrilir. Respublika rəhbərliyi bunun hansı siyasi fayda gətirdiyini anlayır, ona görə də dəhlizin inkişafı üçün hər şey edilir. Dəmir yolunun Türkmənistan hissəsində, magistral yollar və daşıma limanları artıq xidmət qiymətlərini 50% aşağı düşüb, lakin gələcək inkişaf üçün ölkənin İrandan mümkün qədər çox güzəşt və mənfəət gözləntisi var. İndi bu barədə danışıqlar gedir", deyə Arkadi İvanov bildirib.
Şimal-Cənub dəhlizinin Türkmənistandan keçməklə Xəzərin şərq sahili ilə inkişafı Rusiya üçün sərfəlidir. Qərb yolu ilə Azərbaycan uzun müddətdir ki, üstünlüyüy əlində saxlayır. Malların cəlb edilməsi üçün praktiki olaraq mübarizə aparmaq gərəkməyib. İndi isə Azərbaycan gözlənilən rəqabətdə üstünlüyü əlində saxlamaq üşün xidməti yaxşılaşdırmalıdır, xidmətlərin qiymətlərini aşağı salmalıdır. Əks halda hamı Türkmənistan tərəfə keçəcək.
Stopnarkotik.az