Türkiyəli milyarder Robert Yüksel Yıldırımın holdinqi Venesuelanın şərqində ammiak zavodunun tikintisinə 750 milyon dollar sərmayə qoyacağını öhdəsinə götürüb.
Bu haqda müzakirələr ictimaiyyətə açıq olmadığı üçün adının çəkilməsini istəməyən məmur bildirib ki, ildə 600 min ton ammiak istehsal etməsi planlaşdırılan zavodun tikintisi üçün "Pequiven" Yıldırım Qrupu ilə müqavilə imzalayıb.
Stopnarkotik.az xəbər verir ki, iyunun 7-də Karakas şəhərinin mərkəzindən Yıldırımla televiziya ilə görüş zamanı bu planı Venesuela prezidenti Nikolas Maduro qısaca xatırladıb.
"Bu, Türkiyə ilə Venesuela arasında qazan-qazan ittifaqıdır, cənab Yıldırım. Yıldırımın şirkətlərinin Venesuelaya vaxtında gəlib sərmayə qoyması yaxşı qərardır", deyə Maduro görüş zamanı qızıl və təbii qazla bağlı sövdələşmələrin tezliklə bağlanacağını bildirib.
Qurumun rəsmisi bildirib ki, zavod hələ layihələndirmə mərhələsindədir və tamamlanma tarixi müəyyən edilməyib.
ABŞ-ın yeni sanksiyaları transmilli şirkətlərin ölkədə biznes fəaliyyətini məhdudlaşdırdığı üçün Maduro Türkiyə, Çin və İran kimi müttəfiqlərindən xarici investisiyaları cəlb etməyə çalışır.
Yıldırım dünyanın ən böyük konteyner daşımaçılığı nəhənglərindən biri olan nəhəng "CMA CGM"də 24% paya sahibdir. Şirkət Türkiyə, İsveç, Norveç, Portuqaliya, Xorvatiya, Peru, Ekvador və Qvatemalada liman terminallarını idarə edir.
O, həmçinin Rusiya, Qazaxıstan, Albaniya, Kosovo və ABŞ-da mədən əməliyyatlarına malikdir.
Amma bu məsələdə maraqlı bir məqam var. Maye ammiak amfetamin, amfetamin tipli stimullaşdırıcılar və digər psixotrop maddələrin istehsalında istifadə olunur və xüsusi beynəlxalq və milli nəzarətə götürülən maddələrin məhdud siyahısına daxildir. Bundan başqa, Venesuela limanları tonlarla narkotikin başqa ölkələrə daşınmasında istifadə ediilir. Buradan belə bir nəticə çıxarmaq olar ki, hazırda dünyanın gündəmində və çox populyar olan sintetik narkotik amfetaminin istehsalında prekursor rolunu oynayan ammiak istehsal edəcək zavodun tikilməsi, ələxüsus da limanları narkotikin daşınması rolunu oynayan Venesuelada tikintisi təsadüfi deyil.
Stopnarkotik.az