Türkiyənin Kilis şəhərində fevralda baş vermiş zəlzələ zamanı ciddi ziyan çəkmiş yaşayış binası uçub, 3 nəfər xəsarət alıb.
Bu barədə Stopnarkotik.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, dağıntılar altında qalanlar xilasedicilər və sakinlər tərəfindən xilas edilərək təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onların ikisi azyaşlıdır.
Dağıntılar altında daha bir nəfərin qaldığı ehtimal edilir. Əraziyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.
Axtarışlar davam edir.