Türkiyədə vəfat edən azərbaycanlı jurnalistin ölüm səbəbi məlum oldu

Türkiyədə vəfat edən azərbaycanlı jurnalist Günel Cavadxanın ölüm səbəbi məlum olub.

Azxəbər.com xəbər verir ki, o, beyninə qansızmadan vəfat edib. Mərhumun nəşi İstanbuldan Bakıya gətirilib. Onun yas mərasimi Heydər məscidində baş tutacaq.

Qeyd edək ki, Günel Cavadxan jurnalist fəaliyyəti ilə yanaşı PR-menecer kimi də çalışıb.