Türkiyədə sərnişin avtobusu aşdı - Çox sayda yaralı var

Türkiyənin Kütahya şəhərində sərnişin avtobusu aşıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə nəticəsində 31 nəfər yaralanıb.

Məlumata görə, qəza, avtobus İstanbul-Kuşadası marşrutu üzrə hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ətrafdakı xəstəxanalara çatdırılıb.