Məhkəmə poçtla narkotik çatdıran aqro-blogerə 13 il həbs verdi - FOTO

Moskva məhkəməsi poçtla narkotik göndərməkdə günahlandırılan qrupun üzvü Veronika Yaroşik haqqında qərar verib. Məhkəmə onu 13 il azadlıqdan məhrum edib.

Stopnarkotik.az xəbər verir ki, Veronika Yaroşik sosial şəbəkələrdə özünü çoxuşaqlı ana, fermer və ehtiyacı olan ailələrə kömək edən xeyriyyəçi kimi göstərirmiş.

Araşdırmaya görə, o, qrupda narkotikləri göndərən şəxs olub. Bildirilir ki, o, Moskva bölgəsində gizlədilən yerlərdən çoxlu mefedron götürür, sonra isə diqqət çəkməməsi üçün narkotiki məişət əşyalarının içərisində gizlədirmiş.

İddialara görə, o, 2023-cü ilin sentyabr-oktyabr aylarında içərisində narkotik olan bağlamaları Saxalin və Kalininqrad bölgələrinə, həmçinin Primorsk və Xabarovsk bölgələrinə göndərib. Narkotiklər qəhvə maşını, hava təmizləyicisi, ətçəkən və yüksək təzyiqli yuyucu aparatların içində gizlədilib.

Məlumata görə, əməliyyat zamanı təxminən 4 kiloqram mefedron ələ keçirilib. Məhkəmə Veronika Yaroşiki 13 il müddətinə azadlıqdan məhrum edib. 

Mələk

Stopnarkotik.az