İnsan orqanı alveri edən İsrail vətəndaşı məhkəməyə çıxarılıb

İsrail vətəndaşı Boris Volfman Moskvada məhkəmə qarşısına çıxarılıb.

 Stopnarkotik.az xəbər verir ki, Moskvanın Basman məhkəməsində İsrail vətəndaşı Boris Volfmanın işi araşdırılır. O, insan orqanı alveri etməkdə və insanların orqanlarını götürmək üçün onların sağlamlığına ciddi zərər vurmaqda günahlandırılır.

Araşdırmaya görə, Boris Volfman bunu tək etməyib. Onunla birlikdə olan şəxslər internetdə elanlar verərək pula ehtiyacı olan insanları tapır və onlara pul qarşılığında böyrəklərini donor kimi verməyi təklif edirmişlər. Daha sonra həmin şəxslər Kosovodakı “Medicus” klinikasına aparılırmış. Araşdırmaya görə, onların böyrəkləri qanunsuz şəkildə çıxarılır və başqa xəstələrə köçürülürmüş. 

Bu işi araşdıranlar hesab edir ki, böyrəyi götürülən insanların sağlamlığına ciddi zərər dəyib. Rusiyada aparılan bu işdə üç nəfər zərər çəkən şəxs var. 

Mələk

Stopnarkotik.az