Türkiyədə narkomafiyaya qarşı əməliyyat - "NARKOTİK YIRTICISI"NIN BAŞI KƏSİLDİ

Türkiyə polisi İstanbul və bir sıra digər şəhərlərdə narkotik mafiyasını məhv etməyə çalışır. Keçirilən xüsusi narkotik əməliyyatı zamanı 148 narkotik alverçisi saxlanılıb, Stopnarkotik.az xəbər verir ki, Türkiyəli narkotik tacirlərindən 1 tondan çox metamfetamin və marixuana müsadirə alınıb. Narkotik yükü Qafqaza da göndərilirmiş.

Daxili işlər naziri Əli Yerlikaya mafiya əleyhinə xüsusi əməliyyatı tarixin ən böyük əməliyyatlarından biri adlandırıb. Cinayətkarlardan tapançalar, ov tüfəngləri və pul müsadirə olunub.

Keçirilən əməliyyatlarla Türkiyənin “Narkotik Yırtıcısı”nın başı kəsilib. Xüsusi xidmət orqanları ən dəhşətli dəstəni məhv edib.

Türkiyənin xüsusi xidmət orqanların keçirdiyi narkotik əməliyyatı “Şahinlər” bandasını məhv etmək üçün təşkil olunub. “Şahinlər” bandası iyirmi ilə yaxındır ki, İstanbulu və Türkiyənin digər şəhərlərini terror edib və mafiya lideri Mehmet Şahin ədalətdən qaça bilib.

Xüsusi əməliyyat 7 əyaləti (kurort şəhəri Muğla da daxil olmaqla) əhatə edib, 54 ünvanda axtarış və saxlama tədbirləri həyata keçirilib. 16 tapança və 660 patron, 2 ov tüfəngi, 3 gülləkeçirməz jilet, narkotik vasitə və pul götürülüb.

Şahinlər Türkiyənin ən böyük mafiya qruplarından biri hesab olunur. Onun cinayətlər siyahısında çoxsaylı qətllər, avtomobil oğurluğu, narkotik və silah alveri və sələmçilik var.

Daxili İşlər naziri Ali Yerlikaya mütəşəkkil cinayətkarlığa qarşı müharibə elan edib və bu, Türkiyə cəmiyyətinin dəhşətli bəlasıdır. Artıq bir neçə banda məhv edilib. Təkcə “Şahinlər” mafiyasının 300-ə yaxın aktiv üzvü var idi və indi bandanın 40-dan çoxu saxlanılıb.

Yeri gəlmişkən, qeyd edək ki, narkotik daşiyan kuryerlər xüsusi ritorika istigfadə edirmişlər. Belə ki, narkodilerlər narkotikləri motosikletlərlə çatdırırlarmış. Satarkən “4 qutu pomidor göndərə bilərsinizmi?”  yaxud "Mənim üçün idman kostyumu və ayaqqabı hazırlamısan?" kimi işarə mahiyyətli ifadələrdən istifadə edirmişlər.

Əməliyyat Türkiyə cəmiyyətində böyük rezonans doğurub. Qeyd etmək lazımdır ki, Türkiyə əhalisi arasında narkotiklərdən istifadə səviyyəsi, xüsusən də digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər aşağı olaraq qalır. Bununla belə, ölkədən İsrail, Livan, Avropa ölkələri və Rusiyaya narkotik maddələrin tranziti üçün istifadə olunur.

Məlumatlara görə, marixuana Türkiyənin cənub-şərqində, ən yoxsul əyalətlərində yetişdirilir. Çətənə plantasiyalarına kürd mafiyası nəzarət edir. Metamfetamin və digər sintetik narkotiklər Suriyanın şimalında gizli laboratoriyalarda istehsal olunur. Daha sonra bu narkotik Türkiyə sərhədindən keçir.

Heroin Türkiyə ərazisi ilə İran, Ermənistan və İraqdan daşınır. Heroin karvanlarının marşrutu boyunca artıq bütün iqtisadiyyatı narkotik ticarətinə söykənən bütöv kəndlər yaranıb.

Kokain Türkiyəyə təyyarə və gəmilərlə Latın Amerikası ölkələrindən - ilk növbədə Meksika və Kolumbiyadan gətirilir. Onların kartelləri türk narkotik mafiyası ilə sıx bağlıdır.

Stopnarkotik.az