Türkiyədə məktəbdə faciə: 2 ÖLÜ, 1 YARALI

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb.

Stopnarkotik.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb.

Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım həyatını itirib, bir uşaq da ağır xəsarət alıb.

Digər yaralı M.Y isə “Diyarbakır Gazi Yaşargil Eğitim ve Araştırma” xəstəxanasında müalicə olunur və vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar davam edir.