Türkiyədə maraqlı hadisə: kəndlilər Kılıçdaroğluna səs verən 1 nəfəri tapdı...

Türkiyədə prezident seçkilərinin ikinci turu zamanı Afyonkarahisarın Kulak kəndində maraqlı hadisə yaşanıb.

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, kənddə olan 121 seçicinin 119-u prezident Rəcəb Tayyib Ərdoğana, 1 nəfər isə CHP lideri Kamal Kılıçdaroğluna səs verib. Digər bir səs isə etibarsız sayılıb. 

Səsvermədən sonra kəndlilər Kılıçdaroğluna səs verən həmkəndlilərini axtarıblar. Bu gün məlum olub ki, sözügedən səs CHP liderinə yanlışlıqla verilibmiş.