Türkiyədə dövlət dəstəkli "SİQARETƏ SON" kampaniyasına start verildi

Türkiyədə siqaret istifadəsini azaltmaq üçün yeni qərar qəbul edilib.

Qərara əsasən, siqareti tərgitmək istəyən vətəndaşlara müalicə üçün istifadə olunan dərmanlar pulsuz veriləcək. Bu imkandan ən çox 1 milyon nəfər yararlana biləcək.

Bu dərmanlar Səhiyyə Nazirliyinin siqareti tərgitmək üçün fəaliyyət göstərən mərkəzlərində pulsuz veriləcək. Müayinədən keçən şəxslər dərmanlarını həmin mərkəzlərdən ala biləcəklər.

Pulsuz dərman almaq üçün sosial sığorta tələb olunmayacaq. Yəni, sığortası olan da, olmayan da bu imkandan yararlana biləcək.

Həmçinin nikotin tərkibli məhsullar və Bupropion, Vareniklin, Sitizin adlı dərmanlar da pulsuz veriləcək.

Yeni qaydaları Türkiyə Səhiyyə Nazirliyi həyata keçirəcək.

Mələk

Stopnarkotik.az