Türkiyə sərhədçiləri İrandan gələn avtobus sürücüsündə bahalı radioaktiv maddə aşkar ediblər.
Stopnarkotik.az Türkiyənin NTV xəbər saytına istinadla bu barədə xəbər verir. "Kalifornium" adlanan radioaktiv maddə 9 qutu siqaretin içində gizlədilibmiş. 6 qram çəkisi olan "kalifornium" müsadirə olunub.
"Kalifornium" ən bahalı kimyəvi elementlərdən biridir. Cəmi 1 qram hər saniyədə 2,5 milyard neytron əmələ gətirə bilir. Buna görə də, maddənin dəyəri böyükdür - qramı nə az, nə çox 10 milyon dollardır. Yeni nüvə parçalanması proseslərinin işlənməsində, kosmik tədqiqatlarda, faydalı qazıntı yataqlarının və neft yataqlarının və yeraltı su laylarının axtarışında, təyyarələrin, kosmik gəmilərin, nüvə reaktorlarının bütövlüyünün təhlilində istifadə olunur.
Stopnarkotik.az