Türkiyə ordusunun Azərbaycanda qalma müddəti daha bir il uzadıldı - TBMM TƏSDİQLƏDİ / YENİLƏNİB

TBMM Türkiyə ordusunun Azərbaycanda qalma müddətini daha bir il uzadıb.

Müzakirələrin sonunda keçirilən səsvermədə təklif qəbul edilib.

Sənəddə Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı Üçtərəfli Bəyannamədə nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi vurğulanıb.

Bildirilib ki, Azərbaycana güclü dəstək verən Türkiyə bundan sonra da regionda sülhün və sabitliyin qorunub saxlanılması və möhkəmləndirilməsinə mühüm töhfələr verəcək.

*** 17:12

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı mandatının daha bir il uzadılması ilə bağlı qanun layihəsi müzakirə olunur.

Bu barədə TBMM-dən bildirilib./report