BİNƏDƏ NARKOPRİTON AŞKARLANDI: SAXLANILANLAR VAR - FOTO/VİDEO + AUDİO

Xəzər rayonu, Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 48 yaşlı Elşən Əsədullayev, 37 yaşlı Anar Əliyev, 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Seymur Mirzəyev və 46 yaşlı Namiq Həsənov saxlanılıb.

Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.