Bakıda şirkətdən 11 min manatlıq oğurluq edildi - İKİ NƏFƏR TUTULDU + AUDİO

Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.