Türkiyənin Mardin şəhərinin Nusaybin rayonunda terrorçulara qarşı əməliyyat keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Pilotsuz uçuş aparatları (PUA) tərəfindən aşkarlanan terrorçular Hərbi Hava Qüvvələri Komandanlığının F-16 və ATAK helikopterləri ilə atəşə tutulub. Əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizə tədbirləri uğurla davam etdirilir.