Türkiyə ordusu son bir həftədə İraq və Suriyada 50 terrorçunu zərərsizləşdirib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 2023-cü il yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 942-yə, 24 iyul 2015-ci ildən bu yana isə 38 285-ə çatıb.
Nazirlik terrorçularla mübarizənin qətiyyətlə davam etdiyini bildirib.