Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pənçə-Kilit” əməliyyat zonasında daha bir şəhid verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, terrorçuların diversiya-kəşfiyyat cəhdlərinin qarşını alarkən Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. Həmçinin, 4 hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
“Atışma nəticəsində 6 terrorçu öldürülüb. Hazırda döyüşlər davam edir”, - məlumatda bildirilib.
Şəhid və yaralıların adı hələ ki açıqlanmayıb.