Türkiyə ordusu daha 13 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri 13 terrorçunu zərərsizləşdirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, İraqın şimalında 6, Suriyanın şimalında isə 7 olmaqla ümumilikdə 13 PKK/YPG terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.