Bu gün Türkiyədə birjalar açılanda lirənin kəskin ucuzlaşması müşahidə edilib.
Dünən 21,55 olan dollar/lirə məzənnəsi bu gün 7 faizdən çox yüksələrək 23,12 həddini ötüb.
Bununla da dollarda bahalaşma sürəti ilin əvvəlindən 20 faizə çatıb.
Türk valyutasının dəyər itirməsinin əsas səbəbi ölkənin xarici ticarət kəsirinin böyük olması ilə bağlıdır. İllik kəsirin məbləği 100 milyard dollardan çoxdur. Bu il kəsirin 130 milyard dolları ötməsi gözlənilir.
Buna görə də 2023-cü ildə dolların lirə məzənnəsinin 25 həddini ötməsi proqnoz edilir.