İtaliyanın müdafiə naziri Quido Krozetto Türkiyənin ticarət gəmisini ələ keçirməyə cəhd edən şəxslərin saxlanıldığını açıqlayıb.
Bu barədə o özünün "Twitter" səhifəsində yazıb.
"Gəmini qaçırmaq istəyən miqrantlar zərəsizləşdirilib və hər şey uğurla başa çatıb", - deyə nazir bildirib.
Xatırladaq ki, daha əvvəl Quido Krozetto bildirmişdi ki, SOS siqnalı verən gəminin heyətinə kömək üçün Hərbi Dəniz Qüvvələrinin xüsusi bölməsi göndərilib