ABŞ Prezidenti Donald Trampı öldürən şəxsə 50 milyon avro mükafat ayırmışıq.
Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi deyib.
“Biz hökumətin bu dini missiyanı (Trampı öldürmək) yerinə yetirən hər hansı bir fiziki və ya hüquqi şəxsə mükafat olaraq 50 milyon avro ödəyəcəyini proqnozlaşdırmışıq”, - o bildirib.
Əzizi İranın keçmiş rəhbəri Əli Xameneinin qanının yerdə qalmayacağını söyləyib:
“Biz inanırıq ki, ABŞ-ın murdar prezidenti, İsrailin pis və mənfur baş naziri və CENTCOM komandanı ilə mübarizə aparılmalı və qisas alınmalıdır. Onların imamımızın şəhid olmasına səbəb olan əməllərinə oxşar cavab vermək bizim haqqımızdır”./axar.az