Tramp 4 gün ərzində həbs oluna bilər

ABŞ-nin keçmiş lideri Donald Tramp Kapitoliyə hücumla bağlı növbəti dörd gün ərzində ittihamlarla üzləşə və həbs oluna bilər.

Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib.

Yaxın 4 gün ərzində Konqresin binasına hücuma görə məni həbs gözləyir”.

Onun sözlərinə görə, yaxın 4 gündə onu Kapitoliyaya hücum işində ittiham edərək, həbs edə bilərlər.

Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-ın 45-ci prezidenti Donald Trampın məğlub olduğu 2020-ci il prezident seçkisinin nəticələrini ləğv etmək cəhdlərini dəstəkləyən etirazçılar Kapitoliyaya hücum ediblər. Cozef Bayden həmin siyasi kampaniyanın qalibi olub.