Tovuz Rayon Polis Şöbəsinə rayon sakini 1970-ci il təvəllüdlü T. Bayramovanın çox saylı bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, həyat yoldaşı Nizami Bayramov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.