Tovuz sakinini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 31 yaşlı Novruz Orucov saxlanılıb.
Araşdırmalar davam etdirilir
*** 24.11.2025, 18:44
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü N.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatırlıb.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə hadisə rayonda yerləşən şadlıq sarayların birində qeydə alınıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır./apa