Torpaq və həyət evi almaq istəyənlərin NƏZƏRİNƏ: bu sənədə aldanmayın... - VİDEO

Bakı və Abşeron rayonu ərazisində 150 min insanın ortaq problemi var. Bu problem torpaq və evlərə bələdiyyələr tərəfindən verilən sənəddir.

Stopnarkotik.az xəbər verir ki, vaxtilə bələdiyyəyə pulunu ödəyərək torpaq alan və ev tikdirənlər hazırda nə mülkünü, nə də onun yerini özəlləşdirə bilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə ARB-yə bildirib ki, bələdiyyələr tərəfindən vətəndaşlara saxta sənədlər kütləvi şəkildə verilib: "Bəzən eyni torpaq sahəsi bir neçə vətəndaşa da satılıb. Vətəndaşlar bilməlidir ki, bu kimi sənədlərin ağ kağızdan heç bir fərqi yoxdur".

Ətraflı videomaterialda izləyə bilərsiniz: