Təhsil eksperti deputatlığa namizədliyini geri çəkdi

"Bu gün sizlərlə vacib bir qərarımı paylaşmaq istəyirəm. Uzun müddətli düşüncələr və dəyərləndirmələr nəticəsində öz təşəbbüsümlə 70 saylı Neftçala seçki dairəsindən irəli sürdüyüm deputatlığa namizədliyimi geri çəkmək qərarına gəldim".

Stopnarkotik.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov "Facebook" səhifəsində yazıb.

"Bu qərarı vermək mənim üçün asan olmadı. Qərar qəbul edərkən birmənalı olaraq xalqımızın, dövlətin mənafelərini və gələcəyini ön planda tutdum", - o əlavə edib.

Qeyd edək ki, sözügedən seçki dairəsindən VHP sədri Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı deputatlığa namizədliyini irəli sürüb. Həmin dairənin seçicilərini parlamentdə S.Rüstəmxanlı təmsil edib.