Təhlükəsizlik qüvvələri narkolaboratoriyaları məhv etdi, amma ona məsul olanları tapmadı...

Meksika təhlükəsizlik qüvvələri Sinaloa ştatında narkotik laboratoriyalarını məhv etməyə davam edir.
Stopnarkotik.az
xəbər verir ki, bu gün 4 ton kimyəvi prekursor və 2 tona yaxın metamfetamin müsadirə olunub. Amma maraqlıdır ki, narkotik laboratoriyasına hər belə basqın zamanı bu narkoobyektlərə məsul olan şəxslər- nə narkotikləri haızrlayan "aşbazlar", nə də onun "keşiyində duran" muzdlu qatillər (sikariolar) heç vaxt hadisə yerində tapılmırlar və həbs olunmurlar.
Bu “təsadüf” isə onu deməyə əsas verir ki, Sinaloa kartelinin özü vaxtaşırı öz "narkoəmlakı"nın müsadirəsinə  imkan verir. Çünki Meksika hökuməti öz “gördüyü işləri” uğurla nümayiş etdirə bilsin, xüsusən də indi ABŞ-ın sərhəddən külli miqdarda sintetik narkotiklər keçrildiyinə görə Meksikaya təzyiq göstərdiyi vaxtda.

Stopnarkotik.az