İsrail, İordaniya və Səudiyyə Ərəbistanı İrana güc nümayiş etdirmək üçün ABŞ Hərbi Hava Qüvvələrinə qoşulur.
Stopnarkotik.az bildirir ki, "Əl-Monitor" saytının məlumatına görə, İsrail, İordaniya və Səudiyyə Ərəbistanının döyüş təyyarələri Pentaqonun İrana güc nümayişi çərçivəsində Amerika bombardmançıları ilə birgə Yaxın Şərq üzərində uçuşlar həyata keçirib. Qeyd olunur ki, “nümayişin kulminasiyası” Amerika bombardmançılarının Səudiyyə Ərəbistanı və İordaniyadakı təlim poliqonlarında hədəflərə mərmi atması olub.
Manevrlər ABŞ dövlət katibi Blinkenin Səudiyyə Ərəbistanına səfəri fonunda baş tutub və məqsədlərindən biri krallığın vəliəhd şahzadəsi bin Salmanı İsraillə münasibətləri normallaşdırmağa inandırmaq olub.
Stopnarkotik.az