Tehranda onlarla hərbi obyekt məhv edildi - ANBAAN VİDEO

İsrail aviasiyası İranın paytaxtı Tehranda yerləşən onlarla idarəetmə mərkəzini və daxili təhlükəsizlik qüvvələrinə aid obyektləri hədəfə alıb.

Sözügedən əməliyyat barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti paylaşıb.

Qurumun "Telegram" kanalında dərc olunan bəyanatda bildirilir: "Qısa müddət öncə İsrail Hərbi Hava Qüvvələri Tehran ərazisində İran rejiminə məxsus komanda mərkəzlərinə qarşı əlavə zərbələr həyata keçirib".

Bununla yanaşı, İsrail ordusu daxili təhlükəsizlik strukturlarına, quru qoşunlarının təchizat və logistika idarələrinə, həmçinin raket buraxılış qurğularına və İranın digər hərbi sistemlərinə zərbələr endirildiyini bəyan edib.