"TDT-yə üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlığın inkişafı prioritetdir" - BAŞ PROKUROR / FOTO

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi prioritetdir".

Stopnarkotik.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Bildirilib ki, tarixi bağlarımız, ortaq dinimiz və dilimizlə qardaşlıq münasibəti olan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hüquq mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir.

Qeyd edilib ki, 1 noyabr 2021-ci il tarixində Bakıda Türk Dövlətləri Təşkilatının Baş Prokurorlar Şurasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biri idi. Bu şura üzv ölkələrin hüquq mühafizə orqanları arasında əməkdaşlığı daha da dərinləşdirəcək və effektiv fəaliyyət göstərmələrinə imkan verəcəkdir. 

“Sahəvi dövlət qurumlarını birləşdirən şuralar türk dövlətləri arasında effektiv əməkdaşlığın inkişaf etdirilməsi üçün təqdirəlayiq platformadır. Bu şuralar vasitəsilə türkdilli ölkələr arasında bütün sahələrdə əməkdaşlıq daha da irəli gedəcəkdir” – deyə Baş prokuror əlavə edib.

**

*** 11:06

"Baş prokuror beynəlxalq konfransda mühüm məsələlərə yer ayırıb".

Stopnarkotik.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Bildirilib ki, Türk Dövlətləri Təşkilatı türkdilli ölkələrin birliyi və əməkdaşlığı üçün əhəmiyyətli bir platformadır. Təşkilatın əsası 2009-cu ildə Naxçıvan Sazişi ilə qoyulmuş və o gündən bəri türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələri gücləndirməyə xidmət etmişdir. 

Nəzərə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə Təşkilatın əhəmiyyətini vurğulayıb və bu təşkilatın türkdilli xalqların birliyini daha da möhkəmləndirdiyini bildirib. Cənab Prezidentin sözləri ilə desək, “Türk Dövlətləri Təşkilatı türk dünyasının ortaq maraqlarını qorumaq və irəlilətmək üçün möhkəm bir təməldir.”

Əlavə olaraq qeyd olunub ki, müzakirə olunacaq və həyatımıza inteqrə edilmiş müasir texnologiyalardan istifadə sahəsində türk dövlətlərinin prokuror, hakim və mütəxəssislərinin aparacağı təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan prokurorluğunun “EPİS”i, Türkiyə ədliyyə sisteminin “UYAP”ı, Qazaxıstan hüquq mühafizə orqanlarının “Zandılık”ı və digər rəqəmsal platformaların bir-birimizdən öyrənərək daha da üst səviyyəyə daşınması üçün effektiv müzakirələrin aparılması olduqca əhəmiyyətlidir

Stopnarkotik.az