Suriyada həbsxanadan qaçan 81 İŞİD terrorçusu yenidən tutulub.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriya Demokratik Qüvvələri (SDQ) Hasaka bölgəsində yerləşən əl-Şəddadi həbsxanasından İŞİD üzvü olan məhbusları buraxıb.
Hazırda Suriya ordusu və SDQ arasında Kobanidə döyüşlər gedir.