Suraxanıda su borusu partladı: evlərin həyətini su basdı - VİDEO

Suraxanı rayonunda vətəndaşların həyətini su basıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baku.ws-in "qaynar xətti"nə görüntülər daxil olub.

Şikayətçilər bildirir ki, su borusu sıradan çıxaraq sakinlərin gündəlik yaşayışını çətinləşdirib.

Nəticədə Yeni Günəşli, bina 29, D massivi ünvanındakı evlərin həyətini su basıb.

Sakinlər onu da bildirib ki, bu xoşagəlməz vəziyyətlə bağlı adiyyəti quruma müraciət ediblər. Lakin yenə də problem öz həllini tapmayıb.

Sözügedən ərazidən görüntüləri təqdim edirik: