SURAXANIDA NARKOŞƏBƏKƏ ÜZVLƏRİ TUTULDU: külli miqdarda narkotik ələ keçirildi - FOTO/VİDEO

Suraxanı rayonunda keçirilən əməliyyatda 8 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı narkoşəbəkənin 3 üzvü - 48 yaşlı Natiq İbadov, 38 yaşlı Tural Ələkbərov və əvvəllər məhkum olunmuş 49 yaşlı Xəqani Bayramov saxlanılıblar. Onlardan 8 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətlərində olduqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.