Suraxanıda mənzili soyan bacı-qardaş və daha 1 nəfər saxlanıldı – OĞURLUQDA İŞTİRAK EDƏN BİR NƏFƏR İSƏ AXTARILIR

İyunun 7-də, gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Stopnarkotik.az