Sumqayıtda iş zamanı yanan fəhlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır - YENİLƏNİB

İyulun 14-də 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə mərkəzdən məlumat verilib.

Bildirilib ki, ona bədən səthinin 60-65% yanığı, III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.

Hazırda vəziyyəti ağır qiymətləndirilir.

***

Sumqayıtda fəhlə iş zamanı yanıb.

Stopnarkotik.az xəbər verir ki, hadisə “Tuqzavod” adlanan ərazidə yerləşən zavodda qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Şiriyev Hamlet Elxan oğlu müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.

H. Şiriyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.