Sumqayıtda yanan evdən bir nəfərin meyiti tapıldı

Sumqayıt şəhərində ümumi sahəsi 50 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin bir otağının döşəməsi 0,5 m² sahədə və dam örtüyünün taxta atmaları 10 m² sahədə yanıb, yüksək temperaturdan mətbəx mebeli qismən qarsalanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi(FHN) məlumat yayıb.

Bildirilir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.