Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin və narkomanların sayı açıqlanıb.
Şəhər Narkoloji Dispanserindən bildirilib ki, 2024-cü ilin 9 ayı ərzində narkoloji xəstələrin sayı 5587 nəfər təşkil edib. Narkomanların sayına gəldikdə isə bu rəqəm 4044 nəfər təşkil edir. Onlardan 94 nəfəri qadındır.
Alkoqolizmdən əziyyət çəkən xəstələrin sayı 1543-dür ki, onlardan da 24-ü qadındır.
Narkoloji xəstələrin əksəriyyəti 30-65 yaş arasındadır.