Sumqayıtda 8 aylıq hamilə qadın xəstəxanada öldü

Sumqayıt şəhərində 8 aylıq hamilə xəstəxanada həyatını itirib.

Stopnarkotik.az xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında (TTYX) qeydə alınıb.

32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşa Əfəndi qızı Andriaşvili komatoz vəziyyətdə Sumqayıt şəhər TTYX-yə çatdırılıb.

O, tibb müəssisəsində qəflətən ölüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. /"report"