Sumqayıt şəhərinin Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxsə qarşı əməliyyat keçirilib.
Stopnarkotik.az xəbər verir ki, narkotik vasitələrin satıldığı evə əməliyyat zamanı bir neçə şəxs saxlanılıb.
Lakin narkotacirlərdən biri polisdən qaçmağı bacarıb. Bundan sonra gün ərzində həmin şəxsin tutulması istiqamətdə əməliyyat keçirilib.
Əvvəlcə narkotaciri ərazidən aparan taksi sürücüsü saxlanılıb. Daha sonra onun gizləndiyi evdə axtarış aparılıb. Sonda Ağayev Ağami Həsənbala oğlu polis əməkdaşları tərəfindən ələ keçib.
Sumqayıt şəhər Polis İdarəsinin keçirdiyi əməliyyatın görüntüsü Nail Kəmərlinin yutub səhifəsinə yerləşdirilib.
Görüntüləri təqdim edirik: