Ermənistanda hakim “Mülki Müqavilə” partiyasının üzvü, deputat Vigen Xaçatryan 72 yaşında ürək tutmasından dünyasını dəyişib.
Erməni KİV xəbər verir ki, o, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Xaçatryan bir neçə gün əvvəl yerli KİV-ə verdiyi açıqlaması ilə diqqət çəkmişdi. Belə ki, o, Ermənistan hökumətinə çağırış edərək Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq istədiyini bildirmişdi.