Sərnişinlərlə dolu iki təyyarə toqquşdu - FOTO/VİDEO

Tokiodakı Haneda hava limanında Tayvanın “EVA Air” və “Thai Airways” aviaşirkətlərinə məxsus təyyarələr uçuş-enmə zolağında toqquşublar.

Bu barədə Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.

“EVA Air”in təyyarəsində 207, “Thai Airways”in təyyarəsində isə 264 sərnişin və ekipaj üzvü olub. Toqquşma nəticəsində ikinci təyyarənin qanadları zədələnib.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Toqquşmadan sonra hava limanının dörd uçuş-enmə zolağından ikisi bir neçə saatlıq bağlanıb, bəzi daxili və beynəlxalq reyslər isə təxirə salınıb.

 

Mənbə: NHK