“Sputnik-Azərbaycan”ın Bakıdakı redaksiyasında aparılan axtarışlar zamanı Rusiya FSB-nin məxfi agentləri kimi fəaliyyət göstərən iki əməkdaş saxlanılıb.
Stopnarkotik.az Rusiya KIV-lərinə istinadən xəbər verir ki, hələlik bu haqda nə Azərbaycanın təhlükəsizlik xidmətləri, nə də digər qurumlar tərəfindən rəsmi açıqlama verilməyib.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova rus diplomatların iki saatdan artıqdır “Sputnik-Azərbaycan” agentliyinin jurnalistləri ilə əlaqə saxlaya bilməməsindən narahatlığını bildirib. Redaksiyanın yerləşdiyi bina təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Stopnarkotik.az