Şoyqunun müavini barəsində 2 aylıq həbs qərarı verildi

Məhkəmə Rusiya Müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Stopnarkotik.az xəbər verir ki, aprelin 23-də rüşvət almaqda şübhəli bilinərək saxlanılan İvanov istintaq təcridxanasına göndərilib.

Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) saxlanılıb.