SON DƏQİQƏ: Tehran ABŞ-ı əks-hücumla hədələdi

"ABŞ tərəfindən hücum olacağı təqdirdə, Tehran İsrailə və ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbə endirəcək".

Stopnarkotik.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp etirazçılara qarşı silah tətbiq olunarsa, ölkəsinin İrana hücum edəcəyini bildirib.