Şəmkirdə yeniyetmə qız qətlə yetirildi - 16 yaşlı BACISI SAXLANILDI

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.

Stopanrkotik.az xəbər verir ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 16 yaşlı S.Rəhimova saxlanılıb. O, qətlə yetirilən yeniyetmənin bacısıdır.

Faktla bağlı araşdırma aparılır.